Xəzər Xəbər

Ermənistanda hərbçi anaları etiraz aksiyası keçirir

Dünya | 14:33 • 19 Sentyabr 2019
Ermənistanda hərbçi anaları etiraz aksiyası keçirir

Ermənistanda həlak olmuş hərbçilərin anaları və həyat yoldaşları hökumətin binası qarşısında etiraz aksiyası keçirir.


Xezerxeber.az-ın "aysor.am”a istinadən verdiyi xəbərə görə, səhər saatlarından etirazçılar hökumət binasının qarşısına toplanıb.


Polis Baş nazirlə görüşmək istəyənləri binaya buraxmayıb.


Etirazçılar hökumətdən vəzifə başında ölən hərbi qulluqçulara da kompensasiya verilməsini tələb edirlər. Onlar 1 mart 2008-ci il hadisələri zamanı ölənlərin ailələrinə hökumət tərəfindən ayrılmış kompensasiyanı əsas gətirərək, bu tələblə çıxış edirlər.

Xəbər lenti