Xəzər Xəbər

“Onunla aramızda…” Boltondan Trampın ünvanına ağır sözlər

Dünya | 14:51 • 19 Sentyabr 2019
“Onunla aramızda…”

ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton özəl iclasda ABŞ Prezidenti Donald Trampın xarici siyasətini tənqid edib.

Bu barədə "Politico” nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb.

Keçmiş müşavirin prezidentlə fikir ayrılıqlarını gizlətmədiyi qeyd olunub. Bolton xüsusilə, Trampın Əfqan Taliban Hərəkatı liderlərini ABŞ prezidentinin Kemp Deviddəki şəhərətrafı iqamətgahına dəvət etmək qərarından qəzəblənib.

Onun sözlərinə görə, bu, 11 sentyabr terror aktının qurbanlarına hörmətsizliyin təzahürüdür.

Bundan əlavə, Bolton Şimali Koreya və İranla aparılan danışıqların uğursuzluğa düçar olduğu fikrini dilə gətirib. O, hesab edir ki, bu ölkələr yalnız öz iqtisadiyyatlarını sanksiyalardan azad edilməsi barədə danışıqlar aparmaq istəyir.

Keçmiş müşavir Trampın iyunda İran Silahlı Qüvvələri tərəfindən məhv edilmiş Amerika Pilotsuz Uçan Aparatının (PUA) vurulmasına qarşı qisas almaqdan imtina etməsinin Tehranın sonrakı təcavüzkar hərəkətlərinə yol açdığını söyləyib.

Bolton qeyd edib ki, buna cavab verilsəydi, Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumlar baş verməyəcəkdi./teleqraf

Xəbər lenti