Xəzər Xəbər

Türkiyədə ölümlə nəticələnən qatar qəzası baş verib

Dünya | 11:32 • 19 Sentyabr 2019
Türkiyədə ölümlə nəticələnən qatar qəzası baş verib

Türkiyənin Bilecik vilayətinin Bozüyük rayonunda dəmir yolu qəzası baş verib. Lokomotivin relsdən çıxması nəticəsində iki maşinist həlak olub.


AZƏRTAC xəbər verir ki, sürətli qatar xəttinə nəzarət etmək üçün Ankaradan yola düşən lokomotiv Ahmetpınar kəndi yaxınlığında tuneldə olarkən relsdən çıxaraq divara çarpılıb.


Hazırda dəmir yolu xətti müvəqqəti olaraq hərəkət üçün bağlanıb. Hadisə ilə bağlı istintaq aparılır.

Xəbər lenti