Xəzər Xəbər

Qazaxıstan prezidenti bəzi hökumət üzvlərini dəyişib

Dünya | 09:28 • 19 Sentyabr 2019
Qazaxıstan prezidenti bəzi hökumət üzvlərini dəyişib

Qazaxıstan prezidentinin sərəncamı ilə hökumət üzvlərinin tərkibində bir sıra dəyişikliklər aparılıb.


Xezerxeber.az xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sərəncamı ilə Xarici İşlər naziri Beybut Atamkulov Sənaye və İnfrastruktur İnkişafı naziri vəzifəsinə təyin edilib.


Ölkə başçısı Xarici İşlər naziri vəzifəsinə Muxtar Tleuberdinin, dövlət katibi Krımbek Kuşerbayevin, Prezident Administrasiyasının rəhbəri Yerlan Koşanovun təyin edilməsi haqqında sərəncam imzalayıb.


Bundan başqa Baş Nazirin müavini Jenis Kasımbek Qaraqanda vilayətinin başçısı təyin olunub.

Xəbər lenti