Xəzər Xəbər

İngiltərədə şok hadisə: Avtobusdan tualet kimi istifadə etdi

Dünya | 16:04 • 18 Sentyabr 2019
İngiltərədə şok hadisə:

İngiltərədə sərnişin avtobusda biabırçı hərəkət edib.

Orta yaşlı şəxs avtobusun oturacağından tualet kimi istifadə edib.

Hadisə İngiltərənin cənib şərqində Stroor dayanacağı yaxınlarında gecə saat 23:34-də olub. Sərnişin avtobusda fizioloji ehtiyaclarını ödəyib və bu ətrafdakılar da şok yaradıb.

Sərnişindaşıma şirkəti bu biabırçı hadisənin görüntülərini yayımlayıb və xüsusi açıqlama ilə çıxış edib.

Açıqlamada deyilir: "Üzünüzü hər kəsə göstərmək qərarını verdik, siz utanmalısınız. Ümid edirik ki, biri çıxıb adınıza verər və bu biabırçı olayla bağlı daha ciddi tədbirlər görərik”./teleqraf

Xəbər lenti