Xəzər Xəbər

Cavad Zərifə Nyu-Yorka səfər üçün viza verilməyib

Dünya | 14:25 • 18 Sentyabr 2019
Cavad Zərifə Nyu-Yorka səfər üçün viza verilməyib

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Nyu-Yorkda BMT Baş Assambeleyasının iclasında iştirak edib-etməyəcəyinin dəqiqləşmədiyini və hələlik ona viza verilmədiyini deyib.


APA-nın Tehran bürosunun məlumatına görə, C.Zərif bunu Nazirlər Kabinetnin iclası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.


Onun sözlərinə görə, hər il İran Prezidenti Həsən Ruhani Nyu-Yorkda səfərdə olur və BMT-də çıxış edir. Ötən 6 il ərzində prezidenti səfərdə siyasi nümayəndə heyəti, o cümlədən XİN başçısı M.C.Zərif müşayiət edir.


İranın "Təsnim" agentliyi yazıb ki, hələlik Həsən Ruhani və nümayəndə heyətinin digər üzvlərinə Nyu-Yorka səfər üçün viza verilməyib. Sayt Prezident H.Ruhaninin səfərinin baş tutmayacağını vurğulayıb.

Xəbər lenti