Xəzər Xəbər

Qırğızıstan Prezidenti Tacikistanla sərhəddə baş verən münaqişədə yaralananlara baş çəkib

Dünya | 11:29 • 18 Sentyabr 2019
Qırğızıstan Prezidenti Tacikistanla sərhəddə baş verən münaqişədə yaralananlara baş çəkib

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Tacikistanla sərhəddə baş verən münaqişədə yaralananlara baş çəkib.


AZƏRTAC xəbər verir ki, Bişkekdəki Travmatologiya və Ortopediya Mərkəzində müalicə alan yaralılarla görüşüb, onların tezliklə sağalmasını arzulayıb. Sonra dövlət başçısı sərhəddə yaralananların doğma və əzizləri ilə görüşüb. Qeyd edib ki, yaralıların müalicəsinə təcrübəli həkimlər cəlb edilib, onlar tezliklə evlərinə qayıdacaqlar.


Yaralılara maddi yardım göstərilib.


Xatırladırıq ki, sentyabrın 16-sı axşam və gecə saatlarında Qırğızıstan-Tacikistan sərhədinin Batken vilayətinin ərazisində baş verən münaqişədə bir hərbçi öldürülüb, 13 nəfər yaralanıb. Onlar yeddisi hərbçi, altısı mülki vətəndaşlardır.

Xəbər lenti