Xəzər Xəbər

“Facebook” İtaliyanın proqram təminatı şirkətinə kompensasiya ödəyəcək

Dünya | 09:32 • 18 Sentyabr 2019
“Facebook” İtaliyanın proqram təminatı şirkətinə kompensasiya ödəyəcək

Milan məhkəməsi İtaliyanın proqram təminatı üzrə istehsalçı şirkəti olan "Business Competence”nin tətbiqlərindən birini kopyaladığı üçün "Facebook”un 350 min avro məbləğində kompensasiya ödəməsi barədə qərar çıxardıb.


AZƏRTAC lagazzettadelmezzogiorno.it-ə istinadla xəbər verir ki, söhbət italyan şirkətinin istifadəçilərə yaşadığı ərazilərdə onları maraqlandıra biləcək barlar və restoranları tapmaqda kömək edəcək proqram - "Faround”un tətbiqindən gedir. Belə ki, "Facebook” istifadəçilərə "Faround”a oxşar "Nearby Places” tətbiqini yükləməyi təklif etdiyinə görə bu qərar çıxarılıb.


Məhkəmə italyan şirkətinin "Nearby Places” tətbiqinin "Faround” yükləməsi ilə "konsepsiya və format” baxımından eyni olduğu iddiasını təsdiqləyib. "Facebook” yüksək dəyəri olan məhsul yaratmaq məqsədilə digər şəxslər tərəfindən qoyulan sərmayələrin mənimsəməsində ittiham olunub.

Xəbər lenti