Xəzər Xəbər

Səudiyyə Ərəbistanı neft ixracatını əvvəlki səviyyədə bərpa edib

Dünya | 08:59 • 18 Sentyabr 2019
Səudiyyə Ərəbistanı neft ixracatını əvvəlki səviyyədə bərpa edib

Səudiyyə Ərəbistanı neft ixracatını, neft obyektlərinə hücumlardan əvvəlki səviyyəyə qədər tam bərpa eməyə müvəffəq olub.


Xezerxeber.az xəbər verir ki, bu barədə ölkənin Energetika Naziri şahzadə Əbdül Əziz bin Salman Ciddədə keçirilən mətbuat konfransında bildirib. Nazirin sözlərinə görə, Səudiyyə Ərəbistanı bu ilin oktyabır ayının sonu üçün neft hasilatının həcmini sutkada 11 milyon barel, noyabırın sonu üçün isə sutkada 12 milyon barelə qədər çatdıracaq. Hazırda Krallıqda sutkada 10 milyon barel neft hasil olunur.


Energetika naziri, həmçinin "Saudi Aramco” neft şirkətinin bu ay öz müştərilərinin qarşısındakı öhdəliklərini yerinə yetirə biləcəyini vurğulayıb.

Xəbər lenti