Xəzər Xəbər

NATO Səudiyyə Ərəbistandakı neft obyektlərinə hücumlara münasibət bildirib

Dünya | 15:57 • 17 Sentyabr 2019
NATO Səudiyyə Ərəbistandakı neft obyektlərinə hücumlara münasibət bildirib

NATO şənbə günü Səudiyyə Ərəbistanının "Aramco” dövlət şirkətinin neft emalı zavodlarına dronlarla edilən hücumları diqqətlə və "narahatlıq” hissi ilə izləyir. 


Xezerxeber.az Reuters agentliyinə istinadən xəbər verir ki, bu bəyanatı Şimali Atlantika alyansının Baş katibi Yens Stoltenberq səsləndirib.


NATO-nin Baş katibi vurğulayıb ki, qlobal enerji təchizatının hər hansı şəkildə pozulması alyansın müttəfiqlərinə birbaşa təsir edir. "Biz hadisələrin inkişafını diqqətlə və narahatlıq hissi ilə izləyirik”, -deyə Stoltenberq qeyd edib. O, tərəflərin hamısını insidentin gələcəkdə böyüməsinin qarşısını almağa çağırıb və diqqətə çatdırıb ki, bunun regional təhlükəsizlik baxımından ciddi fəsadları ola bilər.


Terror aktına görə məsuliyyəti öz üzərinə götürən Husitlər Səudiyyə Ərəbistanında fəaliyyət göstərən xarici şirkətlərə xəbərdarlıq ediblər ki, bu yerləri tərk etsinlər. Belə ki, onlar neft obyektlərini yenidən hədəfə alacaqlarını bəyan ediblər.

Xəbər lenti