Xəzər Xəbər

İranda polislərlə silahlılar arasında atışma olub, 1 polis ölüb, 3-ü yaralanıb

Dünya | 15:13 • 17 Sentyabr 2019
İranda polislərlə silahlılar arasında atışma olub, 1 polis ölüb, 3-ü yaralanıb

İranın Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərində polislərlə silahlılar arasında atışma baş verib.


APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Sistan və Bəlucistan vilayətinin İranşəhr rayonu prokuroru Möhsün Qolməhəmmədi deyib.

Onun sözlərinə görə, atışma nəticəsində 1 polis ölüb, daha 3 polis yaralanıb.

Silahlılar avtomobillə hadisə yerindən qaçıblar.


Cinayəti törədən şəxslərin axtarışı davam etdirilir.

Xəbər lenti