Xəzər Xəbər

600 min müsəlman soyqırımla üz-üzə: Rejim ölkəni morqa çevirir

Dünya | 15:03 • 17 Sentyabr 2019
600 min müsəlman soyqırımla üz-üzə:

Birləşmiş Millətlər Təşkilatı (BMT) Myanmada yaşayan 600 min müsəlmanın soyqırım təhlükəsi qarşısında qaldığını açıqlayıb.

Bu barədə BMT-nin Myanma üzrə müşahidəçilərinin yaydığı yazılı açıqlamada bildirilib.

Sənəddə ölkənin Rohinqya bölgəsində hökumətə bağlı hərbi qüvvələrin müsəlmanlara qarşı silahlı hücumlarının davam etdiyi bildirilib.

BMT-nin müşahidə missiyası bundan əvvəl Myanma ordusu tərəfindən zorakılıqla ölkə ərazilərindən çıxarılan 1 milyon müsəlmanın geri qayıtması üçün heç bir imkanın olmadığını vurğulayıb.

BMT 2017-ci ildə Myanma ordusunun müsəlmanlara yönəlik hücumlarını soyqırım adlandırmış, ölkənin yüksəkvəzifəli generalları barədə cinayət işinin açılmasını tələb etmişdi.

Myanma hökuməti rohinqyalı müsəlmanları rəsmi olaraq vətəndaş saymır./teleqraf

Xəbər lenti