Xəzər Xəbər

Rusiya və İran nüvə sahəsində əməkdaşlığı müzakirə ediblər

Dünya | 13:59 • 16 Sentyabr 2019
Rusiya və İran nüvə sahəsində əməkdaşlığı müzakirə ediblər

İranın Atom Enerjisi üzrə Agentliyinin rəhbəri Əli Əkbər Salehi Rusiyanın "Rosatom" korporasiyasının baş direktoru Aleksey Lixaçevlə görüşüb.


İRNA-nın verdiyi xəbərə görə, rəsmilərin görüşü Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Vyanada keçirilən 63-cü sessiyası çərçivəsində baş tutub.


Tərəflər nüvə sahəsində qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində əməkdaşlığı müzakirə ediblər.


Qeyd edək ki, bu gün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Vyanada 63-cü sessiyası öz işinə başlayıb. 170 ölkədən olan nümayəndə heyətləri nüvə enerjisinin inkişafı, nüvə təhlükəsizliyi məsələləri ilə yanaşı, İran və Şimali Koreyanın nüvə siyasətini müzakirə edəcəklər. Sessiya sentyabrın 20-dək davam edəcək.

Xəbər lenti