Xəzər Xəbər

Kim Çen In ABŞ prezidentini Pxenyana səfərə dəvət edib

Dünya | 09:09 • 16 Sentyabr 2019
Kim Çen In ABŞ prezidentini Pxenyana səfərə dəvət edib

KXDR Dövlət Şurasının sədri Kim Çen In ABŞ prezidenti Donald Trampı Pxenyana səfərə dəvət edib.


Bu barədə Cənubi Koreyanın "JoongAng Ilbo” qəzeti bir neçə mənbədən alınan məlumatlara əsasən yazıb.


Nəşrin bildirdiyinə görə, dəvət Amerika liderinə bu ilin avqustunda göndərilən məktubda yer alıb. Tramp daha sonra jurnalistlərə KXDR rəhbərindən "çox yaxşı bir mesaj” aldığını söyləyib. Onun sözlərinə görə, Kim Çen In ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərindən narazılığını bildirdiyi və "bitmiş danışıqların yenidən bərpasını” təklif etdiyi "üç gözəl səhifəlik məktub” yazıb.


Tramp məktubun Pxenyandan birbaşa öz ofisinə çatdırıldığını qeyd edib.

Xəbər lenti