Xəzər Xəbər

Tramp danışıqların pozulmasına görə “Taliban”ı günahlandırıb

Dünya | 10:24 • 15 Sentyabr 2019
Tramp danışıqların pozulmasına görə “Taliban”ı günahlandırıb

ABŞ Prezidenti Donald Tramp "Taliban" radikal qruplaşmasının nümayəndələrinin sülh danışıqlarının pozulmasına səbəb olan səhvlərini başa düşdüklərini və indi vəziyyəti düzəltmək üçün dialoqa qayıda bilmədiklərini söyləyib.


Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ lideri şənbə günü Twitter hesabında yazıb.


O, qeyd edib ki, "Taliban” indiyədək belə zərbə almamışdı: "İçərisindəABŞ əsgərinin də olduğu 12 nəfərin öldürülməsi çox pis bir fikir idi. Danışıqların daha yaxşı yolları var. "Taliban” böyük bir səhv etdiyini bilir və vəziyyəti düzəltmək üçün heç bir real yolları qalmayıb”.


Qeyd edək ki, sentyabrın 5-də Kabildə Taliban tərəfindən həyata keçirildiyi iddia edilən partlayış nəticəsində NATO-nun "Güclü Dəstək" missiyasında iştirak edən bir ABŞ hərbçisi və Rumıniyadan olan bir əsgər olmaqla 12 nəfər ölüb.


Tramp Kabil terror hücumundan sonra Kamp David iqamətgahında əfqan həmkarı Əşrəf Qani və "Taliban” liderləri ilə gizli hazırlanmış görüşü ləğv etdiyini açıqlayıb. O, həmçinin Talibanla sülh danışıqlarını dayandırdığını vurğulayıb.

Xəbər lenti