Xəzər Xəbər

100 yaşdan çox yaşayanların sayı rekord qırdı - Nazirlik AÇIQLAMA YAYDI

Dünya | 17:35 • 14 Sentyabr 2019
100 yaşdan çox yaşayanların sayı rekord qırdı - Nazirlik AÇIQLAMA YAYDI

Yaponiyada 100 yaşdan çox yaşayanların sayı rekord səviyyəyə çatıb.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Belə ki, Yaponiyada 71 min 238 nəfərin 100-dən çox yaşı var.

Bunlardan 88%-i qadındır. Yaşayan ən qoca qadının 116 yaşı var. Kane Tanaka Yaponiyanın Fukuoka şəhərində yaşayır. Ən qoca kişi isə 112 yaşlı Çitetsu Vatanbedir.

Mütəxəssislərin fikrincə, yaponların uzunömürlü olmasının sirri tibbi inkişaf və sağlam həyat tərzidir./publika

Xəbər lenti