Xəzər Xəbər

Ana ilə 2 aylıq oğlunun MRT fotosu sensasiya yaratdı

Dünya | 16:52 • 14 Sentyabr 2019
Ana ilə 2 aylıq oğlunun MRT fotosu sensasiya yaratdı

Nevroloq Rebeka Saxe 2 aylıq oğlunu öpərkən çəkdirdiyi MRT (Maqnit rezonans tomoqrafiya) fotosu ilə olduqca maraqlı bir faktın üstünü açıb.

Nevroloq Rebeka Saxe və 2 aylıq oğlunun çəkilən bu fotosu ana və körpəsinin duyğusal bağlarını ilk dəfə göstərən elmi fakt hesab olunur. MRT görüntüsü zamanı öpüşün beyində kimyəvi dəyişiklər yaratdığı məlum olub. Belə ki, bu, xüsusilə, oksitosin hormonunun ifrazına səbəb olur. Məhz bu hormon sevgini və bağlanmanı yaradır.

Nevroloq bildirib ki, fürsəti əldən vermədən körpələri bolluca öpmək lazımdır./axar.az

Xəbər lenti