Xəzər Xəbər

Dünyanın ən gənc əhalisi olan ölkələri - TOP-10

Dünya | 14:38 • 14 Sentyabr 2019
Dünyanın ən gənc əhalisi olan ölkələri - TOP-10

Dünya əhalisi tibbin inkişafı, xüsusilə antibiotik, vaksin və digər tibbi texnologiyaların inkişafı sayəsində qocalır. Lakin əhalisi hələ də gənc olan ölkələr də var. Belə ki, bu dövlətlərdə uşaqların payı ölkənin ümumi əhalisinin 50%-i qədərdir.

BMT-nin məlumatına görə, ən gənc əhalisi olan dövlətlərə, bir qayda olaraq, yüksək yoxsulluq səviyyəsi, uşaq ölümünün səviyyəsi yüksək olan, eləcə də inkişaf etmiş infrastruktur, tibbi resursları və təhsilin olmadığı inkişaf etməkdə olan ölkələr aiddir.

XəzərXəbər ən gənc əhalisi olan 10 ölkəni təqdim edir:

10. Burkina-Faso

15 yaşadək olan uşaqların payı: 44,95%

Burkina-Faso dünyanın ən yoxsul ölkələrindən biridir. İşləyənlərin 90% - i təbii kənd təsərrüfatı ilə məşğul olur. Lakin bu sahə tez-tez quraqlıqdan əziyyət çəkir.

Əsas ixrac məhsulu pambıqdır.

Əhalinin təxminən yarısı yoxsulluq səviyyəsindən aşağı yaşayır.

9. Qambiya

15 yaşadək olan uşaqların payı: 45,07%

Qambiya iqtisadi cəhətdən zəif inkişaf etmiş aqrar dövlətdir. Əmək qabiliyyətli əhalisinin təxminən 75%-i kənd təsərrüfatına cəlb olunub. Bu sahə ölkənin ÜDM-nin 30% -ni təmin edir.

Hər il ölkəyə Seneqal, Mali və Qvineyadan əsasən fısdıq məhsulunun yığımında işləyən 20-30 min miqrant gəlir.

Qambiya sakinləri də ölkə ərazisini asanlıqla tərk edə bilirlər ki, bunu da dövlət sərhədinin pis şəkildə qeyd olunması və bir çox yerlərdə qorunmaması asanlaşdırır.

8. Burundi

15 yaşadək olan uşaqların payı: 45,09%

Şərqi Afrikada yerləşən Burundi dünyanın ən az inkişaf etmiş ölkələri arasındadır.

Doğum sayı min sakin üçün 46, ölüm nisbəti isə min sakin üçün 16 uşaqdır.

Təbii artım isə min sakin üçün 30 nəfər təşkil edir. Hər yeni doğulan 1000 körpənin 60,77-nin ölüm faktı qeyd olunur.

7. Konqo Demokratik Respublikası

15 yaşadək olan uşaqların payı: 46,16%

Vətəndaş müharibələri başa çatdıqdan sonra ölkənin iqtisadi vəziyyəti 2002-ci ildən yaxşılaşmağa başlayıb.

KDR-nın hakimiyyəti beynəlxalq maliyyə təşkilatları və yardım göstərən ölkələrlə münasibətləri bərpa edib.

Orta yaş həddi kişilərdə 53, qadınlarda 57 il təşkil edir.

6. Somali

15 yaşadək olan uşaqların payı: 46,33%

Somali vətəndaş müharibəsi və separatçıların fəaliyyəti nəticəsində uzun müddət faktiki olaraq süqut etmiş və bir çox hissələrə parçalanmışdı.

2019-cu ilin yanvar ayında dünyanın qadınlar üçün ən təhlükəli ölkələrinin reytinqini dərc etmiş "Thomson Reuters Foundation”ın məlumatlarına əsasən,Somali səhiyyə, iqtisadi resurslara çıxış, adi həyat baxımından qadın üçün ən çox risklərə malik dövlətlər siyahısında dördüncü yerdədir.

5. Anqola

15 yaşadək olan uşaqların payı: 46,62%

Ölkədə əhalinin artımı ildə təxminən 2% təşkil edir.

Anqolada uşaq ölümü çox yüksəkdir. Belə ki, hər doğulan 1000 uşaqdan orta hesabla 178-i ilk ildəcə ölür.

4. Çad

15 yaşadək olan uşaqların payı: 46,86%

Çad dənizə çıxışı olmayan Mərkəzi Afrika dövlətidir. O, eləcə də digər dövlətlərlə əhatə olunmuş ən böyük Afrika ölkəsidir.

Çadda səhiyyə ilə bağlı vəziyyət çox ağırdır. Ölkədə infeksion və parazitar xəstəliklər geniş yayılıb.

Təmiz içməli suyun çatışmazlığı (təmiz su əhalinin cəmi 27%-i üçün daim əlçatandır) bağırsaq-infeksion xəstəliklərin baş qaldırmasına gətirib çıxarır. Orta yaş həddi48-dir.

3. Uqanda

15 yaşadək olan uşaqların payı: 47,41%

Təhsil almaq istəyənlər məktəb yerlərinin sayından daha çoxdur. İbtidai məktəb məzunlarının yarıdan çoxu orta məktəblərə keçə bilmir, orta məktəbi bitirənlərin üçdə birindən çoxunun isə təhsilini davam etdirmək imkanı yoxdur.

Kənd təsərrüfatı Uqanda iqtisadiyyatının əsasını təşkil edir. Plantasiyalarda şəkər qamışı, qalan bitkilər isə xırda kəndli təsərrüfatlarında yetişdirilir. İxraca isə əsasənqəhvə gedir.

2. Mali

15 yaşadək olan uşaqların payı: 47,53%

Mali iqtisadiyyatının ənənəvi sektorunun əsasını əkinçilik, mal-qaranın daxili istehlak, eləcə də Qərbi Afrikanın sahilyanı və meşə olan bölgələrinə ixrac etmək üçün yetişdirilməsi, həmçinin daxili və xarici bazarlar üçün balıq ovu təşkil edir.

Xarici ticarətdən əldə olunan gəlirlər xarici limanlardan istifadə edilməsi və sənaye mallarını idxal etmək zərurətinə görə aşağı düşsə də, ölkə iqtisadiyyatı pambıq və toxuculuq sənayesi məhsullarının əmtəə istehsalı sayəsində əhəmiyyətli dərəcədə dəstəklənir.

1. Niger

15 yaşadək olan uşaqların payı: 50,12%

Niger dünyanın ən yoxsul ölkələrindən biridir və insan potensialının inkişaf indeksi üzrə sabit şəkildə sonuncu yeri tutur.

Əhalinin sayı 23 milyon nəfərdən bir az çox olmaqla, əsasən, ölkənin ucqar cənubunda və qərbində cəmləşib.

İqtisadiyyatın əsas sahələri kənd təsərrüfatı və əsasən, uran filizi olmaqla, faydalı qazıntıların hasilatıdır./oxu.az

Xəbər lenti