Xəzər Xəbər

İrandan Kanadaya xəbərdarlıq: Qərar ləğv edilməsə...

Dünya | 12:45 • 14 Sentyabr 2019
İrandan Kanadaya xəbərdarlıq: Qərar ləğv edilməsə...

Kanada məhkəməsinin İrana məxsus binaların satılması barədə qərarı qanunsuz və beynəlxalq hüquqa ziddir.

Bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi bildirib.

Musəvi İranın hüququnu qorumaq üçün heç bir hökumətə güzəştə etməyəcəklərini deyib:

"İrana məxsus binalar və pullar dərhal Tehrana təhvil verilməlidir. Qərar ləğv edilməsə, xalqın haqlarını qorumaq üçün beynəlxalq qaydalara görə addım atılacaq və bunun nəticələrindən də Kanada hökuməti məsul olacaq"./axar.az

Xəbər lenti