Xəzər Xəbər

"Mənim favorit diktatorum" Trampdan o dövlət başçısı ilə bağlı ŞOK SÖZLƏR

Dünya | 12:12 • 14 Sentyabr 2019
"Mənim favorit diktatorum"

ABŞ prezidenti Donald Tramp Misir lideri Əbdülfəattah Sisini diktator adlandırıb.

"Wall Street Journal” xəbər verir ki, Tramp Fransada baş tutan G-7 zirvəsində liderlərlə təkbətək görüşlər keçirib.

Bu zaman Sisini görmək istəyən prezident "hanı mənim favorit diktatorum” ifadələrini işlədib. Bunu misirli nümayəndələr eşidib, lakin heç kim reaksiya verməyib. Misirli liderin bu sözləri eşidib-eşitməməsi haqqında isə bilgi yoxdur.

Qeyd edək ki, 45-ci G-7 zirvəsi FransanınBiarritz şəhərində, ötən ay keçirilib. Zirvə çərçivəsində ABŞ, Fransa, Almaniya, İngiltərə, İtaliya, Yaponiya və Kanada liderləri görüşüb.

Ağ Ev və Misirdən məsələ ilə bağlı açıqlama verilməyib./publika.az

Xəbər lenti