Xəzər Xəbər

Ağır qəzada 3 nəfər diri-diri yandı

Dünya | 12:41 • 11 Sentyabr 2019
Ağır qəzada 3 nəfər diri-diri yandı

İranın cənub-qərbində yerləşən Kohgiluyə və Buyir-Əhməd vilayətində Yasuc-Çinarestan yolunda ağır avtomobil qəzası baş verib.

Trend-in məlumatına görə, bunu İranın Kohgiluyə və Buyir-Əhməd vilayətinin təcili yardım idarəsinin rəhbəri Möhsün Cəlil deyib.

M.Cəlilin sözlərinə görə, "Peugeot 206” avtomobilinin "Pride” markalı avtomobillə toqquşması nəticəsində sonuncu avtomobildə 3 nəfər yanaraq həlak olub.

İdarə rəsmisi əlavə edib ki, həmin avtomobilin 1 sərnişini, digər avtomobilin isə 2 sərnişini xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər lenti