Xəzər Xəbər

MKİ-nin illərlə davam edən gizli proqramı ortaya çıxdı: ABŞ insanları idarə etmək üçün...- ŞOK FAKTLAR

Dünya | 11:18 • 11 Sentyabr 2019
MKİ-nin illərlə davam edən gizli proqramı ortaya çıxdı:

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) gizli bilgiləri mediaya sızıb.

Məlumata görə, MKİ Soyuq Müharibə dövründə "zehnə nəzarət” üzərində 10 il davam edən gizli bir layihə üzərində işləyib.

Bu iddia Stefen Kinzerin yeni nəşr olunan "Baş zəhərləyici” adlı kitabında yer alıb.

Milli Xalq Radiosuna kitabı haqqında danışan yazıçı MK-ULTRA adı verilən gizli proqramın 1950-1960-cı illər arasında MKİ-nin baş kimyaçısı Sidney Qottlieb tərəfindən idarə edildiyini və bu proqramın zehnə nəzarət üzərində tarixdəki ən uzunmüddətli araşdırma olduğunu bildirib.

Qottliebin layihəsi çərçivəsindəki sınaqlarının bir qismi üniversitetlərdə və araşdırma mərkəzlərində gizli şəkildə aparılıb. Digərləri isə Amerikadakı həbsxanalarda və qanuni bağlılığı olmasın deyə ABŞ-ın nəzarətindəki Yaponiya, Almankiya, Filippin kimi ölkələrdəki polis mərkəzlərində həyata keçirilib.

"Qottlieb insanların zehinlərinin nəzarətini ələ keçirmək üçün metod axtarırdı və bunun üçün ikimərhələli proses olduğuna inanırdı. Öncə mövcud zehni zorakılıqdan istifadə ilə boşaltmaq, daha sonra boş zehni doldurmaq üçün yollar axtarırdı. İkincisində çox yol qət edə bilmədi, amma ilk mərhələ üzərində çox sınaqlar keçirdi”,– Kinzer açıqlayıb.

Bu sınaqları həyata keçirmək üçün II Dünya Müharibəsindən öncə Yaponiya və Almaniyadakı yəhudi düşərgələrində insanlar üzərində bənzər sınaqlar keçirmiş elm adamları MKİ-də işə götürülüb. ABŞ-ın bioloji silah araşdırmaları məşhur Merilənd Fort Detrikdəki proqram mərkəzində işlədilib.

Lakin bir müddət sonra Qottlieb sınaqların nəticə vermədiyini görüb və proqrama son verib. O, casusların istifadəsi üçün zəhərlər və texnoloji avadanlıqlardan ibarət başqa bir layihələrə liderlik edib. Qottlieb 1972-ci ilə qədər MKİ-də işləyib və vəzifəsinin sonunda MK-ULTRA proqramının dəlillərini yox edib. Lakin Kinzer Qottliebin əməlllərini sübut etmək üçün başqa yerlərdə bəzi qeydlər əldə edib./publika.az

Xəbər lenti