Xəzər Xəbər

Çində avtobus qəzasında 5 nəfər ölüb, 24 nəfər yaralanıb

Dünya | 17:21 • 10 Sentyabr 2019
Çində avtobus qəzasında 5 nəfər ölüb, 24 nəfər yaralanıb

Çinin Cilin vilayətində avtobus qəzası nəticəsində sürücü də daxil olmaqla 5 nəfər ölüb, 24 nəfər müxtəlif dərəcədə bədən xəsarəti alıb.


AZƏRTAC yerli hakimiyyət orqanlarına istinadla xəbər verir ki, şəxsi istifadədə olan avtobus kəndliləri turizm məkanına apararkən vilayətin İnqan qəsəbəsi yaxınlığında aşıb. Yaralılar xəstəxanalara yerləşdiriliblər.

Xəbər lenti