Xəzər Xəbər

Avropa Komissiyasının enerji məsələləri üzrə yeni komissarı təyin olunub

Dünya | 16:28 • 10 Sentyabr 2019
Avropa Komissiyasının enerji məsələləri üzrə yeni komissarı təyin olunub

Avropa Komissiyasının enerji məsələləri üzrə yeni komissarının adı məlum olub.


APA-nın Avropa Komissiyasının saytına istinadən verdiyi xəbərə görə, bu vəzifəyə Kadri Simson təyin edilib.


Xanım Kadri Simson Estoniya parlamentinin üzvü və Estoniyanın İqtisadi Məsələlər və İnfrastruktur naziri olub.


O, yeni vəzifəsinin icrasında bu il noyabrın 1-dən başlayacaq.


Qeyd edək ki, daha əvvəl bu postda çalışmış Maroş Şefçoviç İnstitutlararası əlaqələr və Proqnozlaşdırma üzrə komissar təyin edilib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti