Xəzər Xəbər

Niderland polisi: 3 nəfərin qətli terror aktı deyil

Dünya | 15:49 • 10 Sentyabr 2019
Niderland polisi: 3 nəfərin qətli terror aktı deyil

Niderlandın Dordrext şəhərində avqustun 9-da gecə saatlarında 3 nəfərin qətlə yetirilməsi və bir insanın yaralanması ilə nəticələnən silahlı atışma baş verib. 


Xezerxeber.az CNN telekanalının saytına istinadən xəbər verir ki, Dordrext şəhərinin yaxınlığında yerləşən Rotterdam polisinin yaydığı məlumatda silahlı atışmada iştirak edən cinayətkarların yaxalandığı bildirilir. Xəstəxanaya çatdırılan yaralı şəxsin də vəziyyətinin ağır olduğu qeyd edilib.


Rotterdam polisi vurğulayıb ki, bu insident terror aktı deyil. Dordrext şəhərinin meri Vuter Kolff hadisəni "çox ciddi insident kimi dəyərləndirib və cinayətin motivi ilə bağlı təhqiqat aparıldığını deyib.

Xəbər lenti