Xəzər Xəbər

Türkiyədə ukraynalı qadının başına gələn qəribə iş: Sovet pasportu...

Dünya | 14:21 • 10 Sentyabr 2019
Türkiyədə ukraynalı qadının başına gələn qəribə iş:

Sovet imperiyasının dağılmasından 28 il keçməsinə baxmayaraq bu gün də SSRİ pasportu daşıyan şəxslər var.

SSRİ pasportu daşıyan Aleksandra Dravetskaya adlı şəxs Türkiyədən aşkarlanıb.

Məlum olub ki, sovetlər dağıldığı zaman Aleksandra Türkiyəyə gələrək qanunsuz işləyib. Bir neçə ildən sonra geri qayıtmaq istəyəndə bəlli olub ki, o, Ukrayna vətəndaşı deyil.

Aleksandra İstanbuldakı Ukrayna konsulluğuna müraciət edib. Konsulluqdan bildiriblər ki, arxiv qeydlərində onun adına rast gəlinmir. Beləcə SSRİ pasportu daşıyan Aleksandra mürəkkəb durumla qarşılaşıb.

Bununla belə SSRİ pasportuna görə, Aleksandra Dravetskaya1961-ci ildə Ukraynanın Ravno şəhərində doğulub.

20 yaşında Türkiyəyə gələn Aleksandranın hazırda 58 yaşı olduğu deyilir./Teleqraf.com

Xəbər lenti