Xəzər Xəbər

Tramp “Əpl”i çətinə saldı: Çindən köçərsə...

Dünya | 13:07 • 10 Sentyabr 2019
Tramp “Əpl”i çətinə saldı: Çindən köçərsə...

Çin ABŞ-la ticarət müharibəsi çərçivəsində "Əpl” şirkətinə hücum etməyi planlaşdırmır.

Bu iddia ilə "Blumberq” agentliyi çıxış edib. Məlumata görə, Pekin "Əpl”i özünün müttəfiqi edərək, onu ABŞ-dakı maraqlarının lobbisti kimi istifadə etməyə çalışacaq:

"Ticarət müharibəsində Çinin maraqları bir sıra məsələlərdə "Əpl”lə üst-üstə düşür. Bu ABŞ şirkəti 10 il vaxt sərf edərək, ölkənin sahilyanı rayonlarında mürəkkəb tədarük zənciri qurub və hazırda 350 Çin zavoduyla əməkdaşlıq edir. Ticarət rüsumlarının artırılması, Çinlə bərabər, "Əpl”ə də ziyan vuracaq. Çindəki istehsalını Vyetnam, Hindistan və ya İndoneziyada yerləşdirmək üçün "Əpl” 10 il xərcləyə bilər”./axar.az

Xəbər lenti