Xəzər Xəbər

Sabiqlər Ərdoğana qarşı: Babacan açıqlama verdi - Yeni partiya gəlir

Dünya | 11:58 • 10 Sentyabr 2019
Sabiqlər Ərdoğana qarşı:

"2020-ci ilə qalmadan partiya qurulacaq”.

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) istefa verən sabiq xarici işlər naziri Ali Babacan deyib.

Sabiq nazir yeni siyasi partiya quruculuğu haqda bunları bildirib:

"AKP-nin qurulduğu dönəmli indiki şərtlər çox fərqlidir. Başqa sözlə, bu gün həm işləri görüldüyü mühit, həm də hədəfdə olan kütlə 2001-ci ilin şərtlərinə görə çox fərqlidir. 2020-ci il gəlmədən işlərimizi yekunlaşdıraraq, ortaya çıxmağı planlaşdırırıq”.

Babacan sabiq prezident Abdullah Gül və sabiq xarici işlər naziri Əhməd Davudoğlunun yeni siyasi partiyada yer alıb-almayacağı barədə sualı da cavablandırıb:

"Abdullah Gül görülən işlərə dəstək verir, bilgi və təcrübələrindən istifadə edir. Lakin hüquqi və siyasi məsuliyyət kimdədirsə, əsas səlahiyyət də o insanların üzərindədir.

Əhməd Davudoğlu da şəxsiyyətinə hörmət etdiyimiz və sevdiyimiz biridir. Lakin siyasətdə idarəetmə və üslubumuz çox fərqlidir”./Teleqraf.com

Xəbər lenti