Xəzər Xəbər

Kraliçadan "Brexit" qadağası

Dünya | 11:38 • 10 Sentyabr 2019
Kraliçadan "Brexit" qadağası

Böyük Britaniya kraliçası II Yelizaveta ölkəsinin Avropa İttifaqı (Aİ) üzvlüyündən çıxmasının təxirə salınması barədə parlamentdə qəbul edilmiş qanun layihəsini təsdiqləyib.

Qanun Avropa Birliyi ilə hər hansı yeni saziş olmadan "Brexit”i qadağan edir.

Kraliçanın imzaladığı sənədə görə, oktyabrın 19-da Böyük Britaniya və AB arasında hər hansı yeni saziş imzalanmayacaqsa, Baş nazir Boris Conson "Brexit"in reallaşması üçün Belçikadan möhlət istəyəcək.

Conson isə Aİ-dən əvvəlcədən nəzərdə tutulduğu kimi, oktyabrın 31-dən gec olmayaraq çıxacaqlarını bəyan etmişdi.

Kraliçanın imzaladığı sənədin qüvvəyə minməsi ilə baş nazir "Brexit"in 2020-ci ilin 31 yanvarınadək təxirə salınması üçün xahiş edəcək./Teleqraf.com

Xəbər lenti