Xəzər Xəbər

Tramp Putinin yanındakı casusu deşifrə etdi CNN-dən sensasion iddia

Dünya | 11:34 • 10 Sentyabr 2019
Tramp Putinin yanındakı casusu deşifrə etdi

CNN telekanalı ABŞ-ın Rusiya hökumətindəki casusunun Prezident Donald Trampın səhvi ucbatından missiyasının yarımçıq qaldığını iddia edib.

Nəşr Rusiya hökumətindən ABŞ-a gizli informasiya ötürən agentin Trampın yanlış kəşfiyyat siyasəti nəticəsində aşkara çıxmaq təhlükəsi ilə üz-üzə qaldığını yazıb.

Məlumata görə, ABŞ prezidenti 2017-ci ilin mayında Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakla görüşdə İŞİD-lə bağlı İsraildən əldə etdiyi gizli kəşfiyyat məlumatından bəhs edib.

Rusiya hökumətindəki casusun deşifrə olunacağı barədə narahatlıq duyan həmin dönəmdə Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rəhbəri Mayk Pompeo rəsmiləri bu barədə xəbərdarlıq edib. Nəticədə agentin missiyası başa çatıb.

Ağ Ev isə iddiaları təkzib edərək həqiqətə uyğun olmayan məlumatın kimlərinsə həyatını təhlükəyə atdığını bəyan edib./Teleqraf.com

Xəbər lenti