Xəzər Xəbər

Kim Çen In dünyaya meydan oxudu

Dünya | 11:30 • 10 Sentyabr 2019
Kim Çen In dünyaya meydan oxudu

Koreya Xalq Demokratik Respublikası (KXDR) sentyabrın 10-da növbəti dəfə iki raketin sınağını həyata keçirib.

Bu barədə Yonhap agentliyi məlumat yayıb.

Raketlərin səhər saatlarında Cənubi Pyonqan vilayətindən şərq istiqamətində buraxıldığı bildirilir.

Hələlik raketlərin növü və buraxılışın detalları barədə ətraflı məlumat yoxdur./Teleqraf.com

Xəbər lenti