Xəzər Xəbər

ABŞ ən uzunmüddətli müharibədən məğlub çıxdı: Tramp "öldü" dedi...

Dünya | 11:21 • 10 Sentyabr 2019
ABŞ ən uzunmüddətli müharibədən məğlub çıxdı:

"Müzakirələr öldü. Narahat olduğum qədərilə müzakirələr öldü”.

Bu sözləri ABŞ prezidenti Donald Tramp ölkəsinin Taliban hərəkatı ilə apardığı sülh müzakirələri haqqında danışarkən deyib.

Ağ Evin bağçasında mətbuat nümayəndələri ilə görüşən ABŞ lideri Talibanın NATO əsgərlərinə hücumunu öyrəndikdən dərhal sonra müzakirələri dayandırdığını və qarşı tərəflə toplantıları ləğv etdiyini deyib: "Səhv etdilər. Açıq və səsli şəkildə xalqlarına səhv etdiklərini deyirlər”.

Ruhani ilə görüş

İran prezidenti Həsən Ruhani ilə görüş məsələsinə isə Tramp belə cavab verib: "Görüş ola bilər. Görüşməyimizdə problem yoxdur. İran işləri yoluna qoymalıdır. Çünki açığı, pis pozisiyadadırlar”.

ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) komandanı Kennet Makkeynz jurnalistlərə verdiyi açıqlamada Əfqanıstanda Talibana qarşı əməliyyatları artıracaqları siqnalını verib.

Qeyd edək ki, Əfqanıstanın paytaxtı Kabildə ötən həftə bomba yüklü avtomobilin diplomatik missiyaların yerləşdiyi küçədə partladılması nəticəsində ikisi NATO əsgəri olmaqla, 12 nəfər ölmüşdü.

Xatırladaq ki, ABŞ 2001-ci ildə Əkiz Qüllələrin partladılmasından sonra Əfqanıstana daxil olub. Hazırda orada 14000 Pentaqon əsgəri var./publika.az

Xəbər lenti