Xəzər Xəbər

Yaponiya ilə ABŞ anlaşır Saziş

Dünya | 10:52 • 10 Sentyabr 2019
Yaponiya ilə ABŞ anlaşır

Yaponiya və ABŞ arasında ticarət razılaşması bu ayın sonlarında Nyu-Yorkda keçiriləcək BMT Baş Məclisinin sessiyası zamanı imzalana bilər.

Bu, ötən ay Yaponiyanın Baş naziri Şinzo Abe ilə ABŞ Prezidenti Donald Tramp arasında mal əti, sənaye məhsulları və digər sahələrlə əlaqədar əldə olunan geniş razılaşmada öz əksini tapıb.

BŞ-ın Ticarət naziri Stiven Mnuçin jurnalistlərə danışıqların uğurlu keçdiyi və razılaşmanın yaxın zamanlarda imzalanacağını açıqlayıb. .

ABŞ-ın dövlət katibi Mayk Pompeo da Tvitter səhifəsində məhz Donald Trampın səyləri nəticəsində Yaponiya ilə kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və sənaye məsələləri ilə bağlı konsensusun əldə edildiyini yazıb.

M.Pompeo qeyd edib ki, o, danışıqların BMT Baş Məclisi zamanı başa çatmasını səbirsizliklə gözləyir.

Bununla yanaşı, D.Trampın gələcəkdə Yaponiyadan avtomobillərin idxalına daha yüksək tariflər tətbiq etmək üçün imkan saxladığı da qeyd edilir./teleqraf

Xəbər lenti