Xəzər Xəbər

Tramp: ABŞ-ın Talibanla danışıqları "ölüb"

Dünya | 10:29 • 10 Sentyabr 2019
Tramp:

ABŞ-ın Taliban radikal hərəkatının nümayəndələri ilə danışıqları "ölüb”.

"RİA-Novosti” agentliyi xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərə bildirib.

Tramp xatırladıb ki, Kabildə bu yaxınlardakı Talibanın törətdiyi terror aktının 12 qurbanı arasında Amerika hərbi qulluqçusu da var idi.

Daha əvvəl Taliban açıqlayıb ki, xarici qoşunlar Əfqanıstandan çıxana kimi mübarizəni davam etdirmək niyyətindədir. Təşkilat həmçinin əmindir ki, ABŞ danışıqlara qayıdacaq.

Ötən gün isə Tramp bildirib ki, sentyabrın 8-də Kamp Deviddə Taliban liderləri və Əfqanıstan prezidenti Əşrəf Qani ilə görüşün ləğv olunması barədə qərar qəbul edib./publika.az

Xəbər lenti