Xəzər Xəbər

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın nüvə proqramını bərpa etdiyini təsdiqləyib

Dünya | 17:12 • 9 Sentyabr 2019
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın nüvə proqramını bərpa etdiyini təsdiqləyib

İranın nüvə proqramını bərpa edərək uranın zənginləşdirilməsi üçün imkan əldə etməsi Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (BAEA) tərəfindən təsdiqlənib.


AZƏRTAC xəbər verir ki, bu barədə beynəlxalq qurumun rəsmi nümayəndəsi açıqlama verib.


Açıqlamada bildirilib ki, BAEA-nın mütəxəssisləri İranın Natanz şəhərindəki nüvə obyektinin işə salındığını və uranın zənginləşdirilməsi imkanının əldə edildiyini bildiriblər. Məsələnin mahiyyəti ondan ibarətdir ki, bu obyektin işə salınması ilə İran "Nüvə sazişi”də nəzərdə tutulan həcmdən çox miqdarda uranı zənginləşdirə bilər. Bu isə artıq nüvə silahının yaradılması deməkdir.


Buna baxmayaraq, İran BAEA ilə əməkdaşlığını davam etdirəcəyini və təşkilatın mütəxəssislərinin nüvə obyektlərinə buraxılacağını bəyan edib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti