Xəzər Xəbər

Ankaranın qədim Bəypazarı səmti UNESKO-nun Dünya İrs Siyahısına daxil edilə bilər

Dünya | 16:53 • 9 Sentyabr 2019
Ankaranın qədim Bəypazarı səmti UNESKO-nun Dünya İrs Siyahısına daxil edilə bilər

Ankaranın qədim Bəypazarı səmti UNESKO-nun Dünya İrs Siyahısına daxil edilə bilər. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bunu 24-ci Bəypazarı Beynəlxalq Festivalında Türkiyə paytaxtının bu rayonunun rəhbəri Tuncer Kaplan bildirib. O əlavə edib ki, Bəypazarı rayonunun mədəniyyət şöbəsi bunun üçün müvafiq sənədləri toplayıb və yaxın günlərdə UNESKO-ya təqdim edəcək.


Kaplan əlavə edib ki, uzunəsrlik tarixə malik olan Bəypazarı qədim Roma, Bizans, Səlcuq və Osmanlı dövlətlərinin mühüm ticarət məskənlərindən biri olub. Onun sözlərinə görə, tarixi görməli məkanları və zəngin mətbəxi ilə tanınan bu rayonda keçirilən festivala minlərlə ziyarətçi gəlib. Onların arasında Yaponiya, Mərakeş, Zambiya və Seneqalın səfirləri və digər ölkələrin diplomatları, Ankaranın qonaqları da olublar.


Ankaranın qədim Bəypazarı səmti Avropa Tarixi Şəhərlər və Regionlar Assosiasiyasının da üzvüdür.

Xəbər lenti