Xəzər Xəbər

Burkina-Fasoda terror aktları nəticəsində ən azı 29 nəfər ölüb

Dünya | 16:38 • 9 Sentyabr 2019
Burkina-Fasoda terror aktları nəticəsində ən azı 29 nəfər ölüb

Burkina-Fasonun şimalında törədilən iki terror aktı nəticəsində ən azı 29 nəfər ölüb.


Xezerxeber.az Reuters agentliyinə istinadən xəbər verir ki, hər iki terror aktı Sanmatenqa əyalətində törədilib. Sentyabrın 8-də avtomobil furqonunun minaya düşməsi nəticəsində 15 dinc sakin həlak olub, daha 6 nəfər yaralanıb. Bununla yanaşı, terrorçuların ərzaq daşıyan velosipedçilərə hücum etməsi nəticəsində də 14 nəfər həyatını itirib. Əhalinin etirazları ilə qarşılaşan Burkina-Faso hökuməti bu cür insidentlərin qarşısının alınması istiqamətində sərt tədbirlər görəcəyini vəd edib. Əyalətə əlavə polis qüvvələri də cəlb olunub.


Qeyd olunur ki, Burkina-Fasoda 2015-ci ildən bəri törədilən terror aktları silsiləsində 500-dən çox dinc sakin həlak olub, 280 min insan öz ev-eşiklərini tərk edib. Bu il avqustun 19-da Sum əyalətində əsgərlərə hücum edən terrorçular 25 hərbi qulluqçunu qətlə yetirmişdilər.

Xəbər lenti