Xəzər Xəbər

Əhməd Şah Məsudun ölümünün ildönümündə atışma: 1 nəfər ölüb, 13 yaralı var

Dünya | 15:35 • 9 Sentyabr 2019
Əhməd Şah Məsudun ölümünün ildönümündə atışma:

Əfqanıstanda Əhməd Şah Məsudun sui-qəsdə uğraması nəticəsində həlak olmasının ildönümü tədbirlərində onun tərəfdarları paytaxt Kabildə ətrafdakı insanlara atəş açıblar. AZƏRTAC TOLO News saytına istinadla xəbər verir ki, Əfqanıstanın Daxili işlər Nazirliyinin məlumatına görə, insident nəticəsində 1 nəfər ölüb, 13 yaralı var. Yaralılar arasında bir qadın və polis əməkdaşının da olduğu bildirilir.


Məlumatda qeyd olunub ki, Kabilin Şəhidlər xiyabanında Əfqanıstanın ən böyük silahlı qruplaşmalarından birinin lideri olmuş Əhməd Şah Məsudun sui-qəsdə uğraması nəticəsində həlak olmasının 16-cı ildönümü keçirilib. Bu zaman əllərində mərhum liderlərinin portretləri olan silahlı adamlar avtomobillərdən havaya atəş açmağa başlayıblar. Paytaxt qarnizonunun əsgərləri onlara qarşı əməliyyat həyata keçirib və silahlılardan 12 nəfəri həbs olunub. DİN-in sözçüsü Nəcib Daniş bildirib ki, Məsudun tərəfdarları əcnəbilərin də sıx olduğu aeroport ətrafındakı yolda da atəş açıblar. O əlavə edib ki, ölkə parlamentində hökumətdən bu cür halların qarşısının qətiyyətlə alınması tələb edilib.

Xəbər lenti