Xəzər Xəbər

Avropa və ABŞ İranın nüvə proqramı ilə bağlı addımlarına münasibət bildirib

Dünya | 18:28 • 7 Sentyabr 2019
Avropa və ABŞ İranın nüvə proqramı ilə bağlı addımlarına münasibət bildirib

İranın nüvə razılaşması üzrə üzərinə düşən öhdəliklərdən imtina edərək nüvə proqramını bərpa etməsinə ABŞ və Avropa ilk reaksiyasını verib.


AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının rəsmi nümayəndəsi Karlos Martin de Qorduella İranın öhdəliklərdən imtina etməsi istiqamətində atdığı üçüncü addımını nüvə sazişinə uyğun olmayan addım kimi dəyərləndirib. O, rəsmi Tehrana müraciət edərək İranı öhdəlikləri yerinə yetirməyə çağırıb.


ABŞ Dövlət Departamenti isə rəsmi Vaşinqtonun nüvə sazişindən birtərəfli qaydada çıxmasına baxmayaraq, açıqlamasında İranın bu addımını razılaşmanı pozmaq kimi qiymətləndirib.


Xatırladaq ki, 2015-ci ildə İran ilə ABŞ və Avropa dövlətləri arasında "İranın nüvə proqramının məhdudlaşdırılmasına dair” saziş imzalanıb. Sazişə əsasən ABŞ İrana qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırmalı, Avropa isə İrandan neft almalı və maliyyə hesablaşmaları üçün xüsusi sistem yaratmalı idi. Lakin İran nüvə proqramını dayandırsa da, ABŞ və Avropa öz öhdəliklərini yerinə yetirmədilər. Donald Tramp Prezident seçildikdən sonra İrana qarşı sanksiyalar daha da artdı. Avropa isə İrandan neft almadı və maliyyə hesablaşması üçün sistem yaratmadı. Buna baxmayaraq, hər iki tərəf İranı nüvə sazişini pozmaqda ittiham edir.


Xəbər lenti