Xəzər Xəbər

Türkiyə tərəfi ABŞ Dövlət Departamentinə etiraz edib

Dünya | 17:56 • 7 Sentyabr 2019
Türkiyə tərəfi ABŞ Dövlət Departamentinə etiraz edib

ABŞ Dövlət Departamentinin Türkiyəyə səfər etməməklə bağlı öz vətəndaşlarına müraciəti rəsmi Ankaranın etirazına səbəb olub.


Xezerxeber.az Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yazılı açıqlamada Türkiyənin bütün şəhərlərinin ölkə vətəndaşları və xarici qonaqlar üçün rahat və təhlükəsiz olduğu vurğulanır. Bildirilir ki, Türkiyə hökuməti terrorizmlə mübarizəni sonadək davam etdirməkdə qətiyyətlidir. Bu mübarizəyə başqa qərəzli don geyindirmək ölkənin təhlükəsizliyinə qarşı təhdiddir. Qeyd olunur ki, ABŞ rəsmilərinin sözügedən açıqlaması məntiqdən uzaqdır.

Xəbər lenti