Xəzər Xəbər

Avstraliyada meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

Dünya | 18:19 • 7 Sentyabr 2019
Avstraliyada meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

Avstraliyanın Yeni Cənubi Uels və Kvinslənd əyalətlərində meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.


Xezerxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, sentyabrın 6-da 100-dən çox bölgədə başlayan və 51 bölgədə hələ də davam edən meşə yanğınları nəticəsində 21 ev yanıb, minlərlə insan təxliyə edilib. Bu əyalətlərin hər birində 500-dən çox yanğınsöndürən təbii fəlakətin qarşısını almağa çalışır. Lakin yağıntısız hava şəraiti səbəbindən vəziyyət getdikcə pisləşir. Növbəti 7 gün ərzində yağış yağmasının gözlənilmədiyi bölgələrdə yaşayan sakinlərə xəbərdarlıq edilib.


Xatırladaq ki, bu ilin fevral ayında Viktoriya ştatında meşə yanğınları 173 nəfərin ölümünə səbəb olub, 414 nəfər isə yaralanıb.

Xəbər lenti

Çox oxunanlar