Xəzər Xəbər

Ukrayna ilə Rusiya arasında əsir və girovların mübadiləsi zamanı 70 nəfər azad olunub

Dünya | 15:04 • 7 Sentyabr 2019
Ukrayna ilə Rusiya arasında əsir və girovların mübadiləsi zamanı 70 nəfər azad olunub

Ukrayna iləRusiya arasında əsir və girovların mübadiləsi çərçivəsində hər iki tərəfdən ümumilikdə 70 nəfər azad olunub.

Xezerxeber.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın İnsan Hüquqları üzrə MüvəkkiliTatyana Moskalkova bildirib.

"Mübadilə 35-ə 35 düsturu ilə həyata keçirilib. Rusiya tərəfindən 35 və Ukrayna tərəfindən 35 nəfər sərbəst buraxılıb", - deyə o bildirib.

Xəbər lenti