Xəzər Xəbər

Rusiya və Ukrayna arasında əsir və girovların qarşılıqlı mübadiləsi olub

Dünya | 12:10 • 7 Sentyabr 2019
Rusiya və Ukrayna arasında əsir və girovların qarşılıqlı mübadiləsi olub

Ukrayna və Rusiya arasında əsir və girovların qarşılıqlı mübadiləsi ilə bağlı razılaşma çərçivəsində rusiyalı məhbuslar sərbəst buraxılıb.


Xezerxeber.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, razılaşma çərçivəsində Kiyev tərəfindən sərbəst buraxılan məhbusları daşıyan təyyarə Ukraynanın "Borispıl” hava limanından yola düşüb. Təyyarədə 33 rusiyalı olub.


Bundan əlavə, "Flightradar” saytının xəbərinə görə, göyərtəsində ukraynalı məhbuslar olan təyyarə artıq Kiyev aeroportuna eniş edib.

Xəbər lenti