Xəzər Xəbər

İran uranın zənginləşdirmə səviyyəsini 20%-dək artırmaq iqtidarındadır

Dünya | 14:10 • 7 Sentyabr 2019
İran uranın zənginləşdirmə səviyyəsini 20%-dək artırmaq iqtidarındadır

Tehran uranın zənginləşdirmə səviyyəsini 20% -ə qədər artıra bilər.


APA-nın "Fars news”-a istinadən verdiyi xəbərə görə, bu barədə İran Nüvə Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi bildirib.


"Ölkə uranın zənginləşdirmə səviyyəsini nəinki 20% -ə qədər artırmaq, hətta bu həddi keçmək iqtidarındadır. Ancaq İran bunu etmək niyyətində deyil”, - deyə Kamalvəndi bildirib.

Xəbər lenti