Xəzər Xəbər

Moldova prezidenti Vladimir Putinlə görüşəcək

Dünya | 12:15 • 7 Sentyabr 2019
Moldova prezidenti Vladimir Putinlə görüşəcək

Moldova Prezidenti İqor Dodon bu gün Rusiyaya bir günlük işgüzar səfər edəcək.


Xezerxeber.az xəbər verir ki, İ.Dodon səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacaq. Tərəflər Moldova-Rusiya arasında əməkdaşlığın bütün aspektlərini, o cümlədən Rusiyanın təbii qazının Ukrayna vasitəsilə Moldovaya çatdırılmasını müzakirə edəcəklər.


Bundan başqa, ikitərəfli iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi də müzakirə predmeti olacaq.

Xəbər lenti