Xəzər Xəbər

İranda Krım-Konqo qızdırmasından ölənlərin sayı 10-a çatıb

Dünya | 14:05 • 7 Sentyabr 2019
İranda Krım-Konqo qızdırmasından ölənlərin sayı 10-a çatıb

İranda Krım-Konqo qızdırmasından ölənlərin sayı 10 nəfərə çatıb.


APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Baytarlıq Təşkilatının sədr müavini Kərim Əmiri bildirib.


O deyib ki, bu il ölkədə 98 nəfər Krım-Konqo qızdırmasına yoluxub, onlardan 10 nəfər həyatını itirib.


"Ölkənin şərq sərhədlərində mal-qara qaçaqmalçılığı daha çox olduğu üçün, Sistan və Bəlucistan əyalətində bu qızdırmaya yoluxma halı daha çoxdur. Belə ki, ötən illə müqayisədə bu hal artıb”, - K. Əmiri vurğulayıb.


O qeyd edib ki, Ərdəbil, Kirmanşah və Rəzəvi Xorasan əyalətlərində də bu xəstəliyə tutulanlar var.

Xəbər lenti