Xəzər Xəbər

Meşə yanğınlarına qarşı mübarizədə hökumətlərə kömək edən yeni struktur yaradılır

Dünya | 13:46 • 7 Sentyabr 2019
Meşə yanğınlarına qarşı mübarizədə hökumətlərə kömək edən yeni struktur yaradılır

Avropa İttifaqının üzvü olan 6 ölkə - Almaniya, İspaniya, İtaliya, Fransa, İsveç və Xorvatiya Aİ-də yeni yaradılan xüsusi təyinatlı hava donanması üçün 6 helikopter və 7 təyyarə ayırıblar.


Bu yeni qurumun vəzifəsi fövqəladə hallar üzrə yeni mexanizm çərçivəsində ölkə hökumətlərinin meşə yanğınlarına qarşı mübarizəsində onlara kömək göstərməkdən ibarət olacaq. Bu missiyanın "RescEU” adlanması "Avropa İttifaqını xilas edək” terminindən "söz oyunu”dur. Digər Avropa ölkələrində vəziyyət nəzarətdən çıxanda onlar da bütün Aİ məkanında meşə yanğınlarına qarşı mübarizə üçün nəzərdə tutan bu texnikadan istifadə edə biləcəklər. (AZƏRTAC)

Xəbər lenti