Xəzər Xəbər

Ukraynalı dənizçilər Lefortovodan çıxarılıblar

Dünya | 11:13 • 7 Sentyabr 2019
Ukraynalı dənizçilər Lefortovodan çıxarılıblar

Ukraynalı dənizçilər Rusiyanın Lefortovo istintaq təcridxanasından çıxarılıblar.


Xezerxeber.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə onların vəkili Sergey Badamşin jurnalistlərə açıqlamasında deyib.


"Polisin müşayiəti ilə dənizçilərin olduğu üç avtobus böyük ehtimalla Vnukovo hava limanına gedəcək və oradan da Ukraynaya uçacaqlar”, - deyə o bildirib.


Qeyd edək ki, bu gün səhər saatlarında iki avtobus polisin müşayiəti ilə Lefortovo təcridxanasını tərk edib. Bu avtobusların ukraynalı dənizçiləri apardığı ehtimal olunur.


Xatırladaq ki, 2018-ci ilin noyabrında Rusiya Kerç boğazında Ukraynanın 3 hərbi gəmisini və onların 24 nəfərlik heyətini saxlayıb. Rəsmi Moskva Ukrayna gəmilərini qanunsuz şəkildə Rusiyanın sularına daxil olmaqda ittiham edib.

Xəbər lenti