Xəzər Xəbər

Avstraliyada təyyarə qəzasında 5 nəfər ölüb

Dünya | 11:03 • 7 Sentyabr 2019
Avstraliyada təyyarə qəzasında 5 nəfər ölüb

Avstraliyanın Yeni Cənubi Uels ştatında kiçikmotorlu təyyarənin qəzaya uğraması nəticəsində 5 nəfərin həlak olduğu bildirilir. 


Xezerxeber.az xəbər verir ki, bu məlumatı SBS telekanalı yayıb.


Qeyd olunub ki, göyərtəsində beş nəfərin olduğu "İrokez” tipli özəl təyyarə sentyabrın 6-da, yerli vaxtla 18:30-da (Bakı vaxtı ilə 23:30) Nyukasl şəhərinin şimalında yerləşən Anna-bey buxtasının yaxınlığında radarlardan itib. Xilasedicilər ertəsi gün - sentyabrın 7-də qəzaya uğrayan təyyarənin qalıqlarını tapıblar. Hazırda pilotun və sərnişinlərin axtarışı davam edir. İlkin versiyalara görə, onların hamısı həlak olub. Qeyd edilir ki, təyyarənin qəzaya uğramasının səbəbi əlverişsiz hava şəraiti və görüş məsafəsinin çox az olmasıdır.

Xəbər lenti