Xəzər Xəbər

Almaniyada gəmi qəzası - ölən və yaralananlar var

Dünya | 10:52 • 7 Sentyabr 2019
Almaniyada gəmi qəzası -

Rusiyalılardan və ukraynalılardan ibarət heyəti olan gəmi Elba çayının Almaniyadan keçən hissəsində qəzaya uğrayıb.


AZƏRTAC xəbər verir ki, ilkin məlumata görə, "Kelly” yük gəmisinin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb.


Malta bayrağı altında üzən və Kalininqraddan Rotterdama gedən gəminin maşın şöbəsində yanğın baş verib. Gəmidə 11 rusiyalı və 2 ukraynalının olduğu bildirilir. Heyətin daha iki üzvü yaralanıb.

Xəbər lenti